BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
9037

Nüfuzlu beynəlxalq maliyyə-kredit institutları Azərbaycanla əməkdaşlığa hər zaman önəm verir. Pandemiyanın dünya dövlətlərinin iqtisadiyyatına təsir etməsinə baxmayaraq, Azərbaycan bu cür maliyyə təşkilatları üçün yenə də cəlbedicidir. Avropa Yenidənqurma və İnkişaf Bankı da bu maliyyə təşkilatlarından biridir.

Valyuta.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, otuz ilə yaxındır ki, Azərbaycan bu bankla əməkdaşlıq edir:

"Bankın rəhbərini qəbul edərkən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qurum ölkəmizin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində daim bizi dəstəkləyib. Təsadüfi deyil ki, AYİB bu vaxta qədər 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsində iştirak edib. Enerji layihələrində də xüsusi fəallıq nümayiş etdirən AYİB Avrasiyanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-a 1 milyard avro dəyərində maliyyə dəstəyi göstərib. Yəni, Azərbaycanla AYİB arasında 30 illik əməkdaşlığın yalnız qarşılıqlı maraq və yüksək etimad prinsipləri üzrə inkişaf etdiyini görürük.

DeputatŞ təbii ki, bu cür maliyyə qurumlarının xarici kreditlərin səmərəliliyini araşdıraraq maliyyələşdirdiyi layihələrin uğurlu icrasında da maraqlı  olduğunu bildirib:

"Azərbaycan bu mənada bütün göstəricilər üzrə maliyyə institutlarının standartlarına cavab verir. Eyni zamanda bu cür maliyyə təşkilatlarının yatırım etdiyi ölkələrə xarici investorların marağı daha böyük olur. Burada təbii ki, iqtisadi inkişaf və sabitlik də böyük rol oynayır. Təhlükəsizlik və dayanıqlı inkişaf başlıca şərtdir".

Deputat qeyd edib ki, bu gün isə Qarabağın işğaldan azad olunması ilə faktiki AYİB-lə Azərbaycan əməkdaşlığının yeni mərhələsi başlayır:

"Qəbul zamanı da qeyd olundu – Azərbaycan Prezidenti işğaldan azad olunmuş əraziləri “yaşıl zona” elan edib və AYİB alternativ enerji mənbələrinə maliyyə yatırımında maraqlıdır. Əslində, Azərbaycan və tərəfdaşları belə bir təcrübəyə malikdir. AYİB Prezidenti xanım Odil Reno-Bassonun Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlığı və bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önəmini xüsusi vurğulaması Azərbaycanın uğurlu təcrübəsinin təqdir olunduğunu göstərir".

Azərbaycanın AYİB-in yaşıl zərfini tətbiq etdiyi ölkələrdən biri olduğunu deyən K.Nurullayeva vurğulayıb ki, yeni əməkdaşlıq mərhələsində imkanlar daha geniş şəkildə dəyərləndiriləcək: 

"Çünki Qarabağ zonası bu baxımdan olduqca əlverişlidir. Regionunun təbii resurslarla zəngin olması, eləcə də yaşıl zona kimi mövcud potensialı bərpa prosesi tam başa çatdıqdan sonra xarici investorların uzunmüddətli yatırımlar etməsini şərtləndirir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin