BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9027

Hər kəs bilir ki, Azərbaycan dövlətinin strateji hədəflərindən olan Qarabağın azad olunması əməliyyatı zəfərlə başa çatdı və bu qələbə Azərbaycan xalqına böyük məmnunluq hissi yaşatdı. Lakin bundan sonra Azərbaycan dövləti qarşısında böyük bir strateji hədəflər dayanır - Bu ərazilərin məskunlaşdırılması, yenidən qurulması, bərpa olunması və məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması... Bu da öz növəbəsində çox mürəkkəb və böyük əmək, vəsait tələb edən prosesdir.

Bunu Trend-ə açıqlamasında AMEA-nın İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Akif Musayev deyib.

A.Musayev eyni zamanda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupunun və məcburi köçkün əhalisinin Qarabağa məskunlaşdırılması ilə bağlı aparılan tədqiqat işinin yerinə yetirilməsi ilə bağlı ADA Universitetinin nəzdində yaradılmış qrupun üzvüdür.

Professor qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağa qayıdacaq əhalinin bu prosesdə mövqeyi, istək və arzuları öyrənilir: "Bu tapşırıqları yerinə yetirmək üçün üzv olduğum qurumların nəzdində olan akademik və təhsil məsələləri üzrə İşçi Qrupunda oraya qayıdacaq əhalinin proqznolaşdırılması və effektiv repatriasiyası məsələsi ilə bağlı tədqiqat işləri aparılır. Bu işlərin müvəffəqiyyətlə aparılması üçün həm tətqiqat qrupu yaradılıb, eyni zamanda qərara alınıb ki, bu sorğu vasitəsi ilə əhalinin mövqeyi öyrənilsin. Tədqiqat qrupunda müzakirələr zamanı belə qərara gəlinib ki, 5 sorğu keçirilsin. Bu tədqiqat qrupu yerli və xarici universitetlərin nümayəndələri, ADA Universiteti, UNEC və bəzi beyin tədqiqat mərkəzlərinin yerli və xarici alimlərindən təşkil olunub. Artıq ayın ötən ayın 22-dən etibarən əhali arasında sorğuya start verilib, bu günə qədər 30 min şəxs sorğudan keçib və proses hazırda davam edir.

Bizim hədəfimiz 100 min qaçqın və məcburi köçkünün sorğudan keçirilməsidir. Bu qədər əhali öz mövqeyini bildirərsə, sözsüz ki, bu barədə tədqiqat qrupu tərəfindən müvafiq proqnozlar, layihələr hazırlanıb aidiyyəti qurumlara təqdim olunacaq. Eyni zamanda, üzbəüz sorğunun da keçirilməsi planlaşdırılır. Bu sorğu isə daha kiçik çərçivədə, təsadüfi seçilmiş, təqribən 1100 ailəni əhatə edəcək. Artıq bu proses də başlanılıb və bunun üçün ciddi hazırlıq işləri görülüb. Müəyyən sorğuçular seçilib, onlar kifayət qədər yetişmiş, bacarıqlı insanlardır. Həmin şəxslər fəlsəfə doktorları, ali məktəbdə, elm-tədqiqat institutlarında çalışan müəllimlərdir. Bu sorğuçular iki həftə ərzində təlimatlandırılıb. Bu tip sorğu bir də 6 ay sonra təkrar aparılacaq".

Professor qeyd edib ki, sahibkarlar arasında da bu cür sorğuların aparılması nəzərdə tutulur: "Bilirsiniz ki, əhalinin ora qayıtması ilə iş bitmir. Sözsüz ki, onların məskunlaşdırılması və daimi iş yeri ilə təmin olunması da var. Burada dövlətin görəcəyi işlər var və bunlar artıq başlayıb. Aeroport tikintisi, Şuşaya çəkilən yol, Zəngilan dəhlizi isitqamətində çəkilən dəmir yolu və bir xeyli digər işlər görülür. Məlum məsələdir ki, insanların oraya qayıtması tək bir dövlətin üzərinə düşən məsələ deyil, bayaq qeyd etdiyim kimi, bu işlər mürəkkəb və çox zaman tələb edən məsələdir. Ona görə, özəl sektorun da bu prosesdə iştirakına ehtiyac var. Məhz buna görə sahibkarlar arasında da sorğuların aparılması nəzərdə tutulub. Artıq onun da ilkin anket sorğusu müəyyənləşdirilib və müzakirə mərhələsindədir. Sahibkarlara aid sorğunun yekunundan sonra biz biləcəyik ki, orada hansı iş imkanları yaradıla bilər, neçə sahibkar orada müəssisə yaratmaq niyyətindədir, nə qədər investisiya qoyulması və hansı fəaliyyət sahələrinin yaradılması gözlənilir...

Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif istiqamətləri əhatə edən 17 işçi qrupu var. Bunlar kənd təsərrüfatı, ekologiya, şəhərsalma və digərləridir. Bunlar hamısı bu aparılan sorğunun nəticəsini gözləyir ki, əhalinin istəklərini bilsinlər. Neçə insanın qayıdacağı gözlənilir, hansı şərait istəyirlər, neçə ev, məktəb tikilməlidir və neçə iş yerləri açılmalıdır. Ona görə bu işlərin yaradılması üçün sorğuya böyük ehtiyac var. Düzdür, dövlətin öz proqramı var və plnalı şəkildə orada işlər görüləcək, ancaq əsas məsələ 30 ildir öz torpaqlarından didərgin düşmüş insanların orada olacaq şəraitidir. Onların ən azından bu illər ərzində çəkdikləri ağrı, acılarını çıxarmaq üçün çalışırıq ki, daha səmərəli repatriasiya proqramı hazırlansın. Nəticə etibarı ilə 1 milyon insanın orada məskunlaşdırılması planlaşdırılır".

A.Musayev əlavə edib ki, müharibə də göstərdi ki, bütün Azərbaycan Qarabağla nəfəs alır və hər bir vətəndaş orada özü üçün şərait qura bilər: "Öz yurdlarından didərgin düşən insanların geri qaytarılması, məskunlaşdırılması dövlətin bilavasitə strateji hədəfidir. Bu hədəfi yerinə yetirmək üçün əhalinin bu prosesdə aktiv iştirak etməsi vacibdir. Eyni zamanada, bu sorğunun nəticəsi olaraq ora qayıdacaq insanların peşəsi və təhsil səviyyəsi müəyyən olunacaq və indidən o əhalinin orada iş yerləri ilə təmin olunmasına baxılacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin