Aqrar
12.03.2021 / 17:46
Fermerlərin dizellə bağlı artan xərci öyrənilib - Firdovsi Fikrətzadə
9008
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası əkin subsidiyası əmsallarını artırmazdan əvvəl fermerlərin dizel yanacağının bahalaşması ilə bağlı artan xərcini öyrənib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Şuranın son qərarını şərh edən nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
Mərkəz direktoru qeyd edib ki, əmsalların artırılmasına uyğun olaraq hər birki növü üzrə 1 hektara düşən subsidiyanın məbləği 20 manatdan 40 manata çatdırılır: “Əgər 2020-ci ilin dekabr ayında təsdiq edilmiş buğda üçün əkin əmsalı 1 idisə, yəni hər hektara 200 manat verilirdisə, yeni əmsal 1,2-dir, yəni hər hektara görə 240 manat verilir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay