BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
8998

Dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə dövlət tərəfindən fermerlərə stimullaşdırıcı dəstək tədbirləri davam etdirilir. 

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə  ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.

Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib

"OpenAI" şirkətin inkişafını ləngitdiyinə görə İlon Maskı məhkəməyə verir

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Elçin Ələkbərli departament rəhbəri təyin edildi

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

"Bakı Mühəndislik Universiteti"nin nəzdində yeni institut yaradıldı

Köçkünləri geri qayıtmağa təşviq etmək üçün 1.8 milyon manat ayrıldı

Həyat sığortasına maraq artır - İlk 2 ayda 110 milyon manat yığılıb

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin