BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8922

Kaspersky şirkətinin araşdırması nəticəsində üç növ patentləşdirilmiş koronavirus peyvəndi - Pfizer / BioNTech, AstraZeneca və Modernanın, eyni zamanda hələ patentləşdirilməmiş bəzi digər peyvəndlərin satışına dair elanlar aşkarlanıb. 

Valyuta.Az şirkətə istinadən xəbər verir ki, bir nəfər üçün bir dozanın qiyməti 250-1200 dollar arasında dəyişir və ortalama 500 dollara təklif olunur.

Kaspersky-nin məlumatına görə, elanlar əsasən Fransa, Almaniya, İngiltərə və ABŞ-dan gəlir. Satıcılarla ünsiyyət üçün mesajları taymerlə silmək funksiyasına malik etibarlı messencerlərdən istifadə olunur. Ödəniş əsasən bitkoinlərlə tələb olunur. Əməliyyatların təhlilinə əsasən, Kaspersky-ın aşkarladığı bir çox elan müəllifi 100-dən 500-ə qədər əməliyyat həyata keçirib.
“Darknet”dəki (anonim iştirakçılardan ibarət gizli şəbəkə) peyvənd satışı elanlarının spam olub-olmaması və ya alıcıların həqiqətən axtardıqlarını əldə edib-etməməsi barədə qəti bir nəticə çıxarmaq mümkün olmayıb. Bu elanlardan bəzilərinə müsbət rəylər yazılıb: 

“Bəzi əməliyyatlar nəticəsində insanların həqiqətən də istədikləri məhsulu aldıqlarını düşünmək olar. Nəzəri cəhətdən bu mümkündür, çünki dünyanın müxtəlif yerlərindəki xəstəxanalarda bəzən peyvənd paketi açıldıqdan sonra istifadə olunmamış dozalar qalır. Bununla belə, peyvəndin düzgün saxlanılması üçün bütün şərtlərin yerinə yetirildiyinə dair bir zəmanət əldə etmək mümkün deyil. Ampulaların içində həqiqətən də peyvəndin satıldığına dair bir zəmanət də yoxdur,” - deyə Kaspersky-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Dmitri Qalov bildirib. 

Qara bazarda saxta peyvənd sertifikatları da satılır. Məsələn, Avropa sertifikatı nümunəsinin müvafiq sənədinin qiyməti təxminən 20-25 ABŞ dollarıdır. Bundan əlavə, bəzi ölkələrdə, məsələn, ofisə getmək və ya işgüzar səfərlər, məzuniyyət gəzintiləri üçün COVID-19-a yoluxmama barədə arayış tələb olunur. “Darknet”in rus dilində danışan seqmentində bu sənədin qiyməti 3500-5000 rubl (47-67 ABŞ dolları) arasında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin