BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
8914

Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Valyuta.az-a verilən məlumata görə, qəsəbənin tikintisi Dövlət Neft Fondundan  2020-ci ildə ayrılan vəsait hesabına, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə  həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb.

Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır. Qəsəbədə elektrik enerjisi və su təchizatı sistemi yaradılıb, nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb, 2,9 kilometr yol, 5,2 kilometr qaz xətti çəkilib, 7,3 hektar sahə yaşıllaşdırılıb.

Dövlət Komitəsinin Repatriasiya Departamenti qəsəbədəki evlərin bölgüsündə şəffaflığı və ədalətliliyi təmin etmək üçün püşkatma keçirib. Püşkatmanın nəticəsində müvafiq qaydada məcburi köçkünlərin yeni evlərdə yerləşdirilməsinə başlanılıb.

Bundan başqa, Bakıda müvəqqəti məskunlaşmış 30  məcburi köçkün ailəsinə, onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılıb. Belə ki, bu ailələrə məxsus olan və birinci Qarabağ müharibəsi zamanı dağıntıya məruz qalan evlər, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən tikilib və sahiblərinə verilib. Tikinti işləri ötən il dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına aparılıb.

Məcburi köçkünlər daimi yaşayış yerlərində məskunlaşdıqlarına, zəruri məişət şəraiti ilə təmin olunduqlarına görə onların sosial rifahının yaxşılaşmasına böyük diqqət və əvəzsiz qayğı göstərən ölkə rəhbərinə minnətdarlıq bildiriblər.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin