BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8909

Vüqar Bayramov: “Vətəndaşlarımız hələ də vəsaitlərdən nağd şəkildə istifadəyə üstünlük verir”

Cari ilin yanvar ayına qədər ölkə daxilində plastik kartlar vasitəsi ilə nağd pulun çıxarılmasında artım müşahidə olunub. 2021-ci ilin yanvar ayına olan göstəricilərə görə, ATM-lər vasitəsi ilə pulların nağdlaşdırılması əməliyyatı ötən ilin analoji dövrü ilə müqayisədə 65 min ədəd və ya 1% artaraq 6 milyon ədəddən çox olub. Belə ki, ötən il bu rəqəm 5 mln. 942 min ədəd olub. 

Cari ildə ATM-lər vasitəsi ilə 1 mln. 456 min manat həcmində vəsait nağd şəkildə çıxarılıb ki, bu da 2020-ci ilin yanvar ayı ilə müqayisədə 190 min manat və ya 15% artım deməkdir. Halbuki, bu rəqəm ötən il 1 mln. 266 min manat vəsait təşkil edib.

Mövzunu Valyuta.Az-a şərh edən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, ATM-lər vasitəsilə çıxarılan pulların həcmindəki artımlar birbaşa plastik kartların sayı və əvvəlki illərlə müqayisədə bu kartlara daha çox vəsaitin yüklənməsi ilə bağlıdır. 

İqtisadçı-deputatın sözlərinə görə, pandemiya dövründə həm əmək müqavilələrinin, həm də qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsində artım müşahidə olundu: “Bunun əsas səbəbi, qeyri-rəsmi məşğulluqda çalışanların sərt karantin dövründə icazə almaq səlahiyyətinə malik olmamalarıdır. İşəgötürənlər işə rahat gəlmələrini təmin etmək üçün onlarla əmək müqaviləsi bağladı. Bu da əmək haqlarının artmasına və plastik kartlarla ödənişlərin artmasına, eləcə də həmin vəsaitlərin həcminə və nağdlaşdırmaya təsir göstərdi”. 

Qeyd edək ki, yanvar ayında vəsaitin POS-terminal vasitəsi ilə çıxırılması əməliyyatında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əsaslı azalma müşahidə olunub. Belə ki, əgər ötən il aparılan əməliyyatın sayı 16 min ədəd olmuşdusa, cari ildə bu rəqəm 6.25% azalaraq 15 min ədəd olub. Bununla belə, nağdlaşdırılan vəsaitin həcmində artım müşahidə olunub. Yəni, ötən il aparılan əməliyyatlar zamanı 65 milyon manat çıxarılmışdısa, bu rəqəm cari ildə 12.3% artaraq 73 milyon manat olub.

Məsələyə toxunan Vüqar Bayramovun fikrincə, bu azalma vətəndaşlarımızın hələ də vəsaitlərdən nağd şəkildə istifadəyə üstünlük verməsi ilə əlaqədardır: “Halbuki, son dövrlərdə plastik kartlardan istifadə ilə bağlı xeyli mexanizmlər hazırlanıb və təşviqat aparılıb. Xüsusilə də İqtisadiyyat nazirliyi tərəfindən Əlavə Dəyər Vergisi (ƏDV) üzrə ödənişlərdə bonus sisteminin tətbiq edilməsi və həmin istehlakçının ödədiyi vəsaitlərin bir qisminin geri qaytarılması birbaşa kartlardan istifadənin təşviqinə yönəlib. Çünki, kartlardan istifadə zamanı vətəndaş daha çox bonuz qazanmaq şansı əldə edir”.

Amma prosesin mərhələli aparıldığını deyən deputat qeyd edib ki, bu format plastik kartlardan istifadənin genişləndirilməsinə şərait yaradır: “Son statistika göstərir ki, Azərbaycanda nağdsız ödənişlərdə istifadə müəyyən zaman tələb edir və bu, vətəndaşlarımızın plastik kartlardan çox istifadəsini stimullaşdıracaq”.  

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin