SOCAR-dan sökülən YDM ilə bağlı açıqlama
SOCAR ona məxsus olduğu iddia edilən yanacaqdoldurma məntəqəsinin qanunsuz tikilməsi barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına münasibət bildirib.
Valyuta.Az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, sözügedən yanacaqdoldurma məntəqəsi müqavilə ilə SOCAR brendindən istifadə etməklə fəaliyyət göstərib:
“Bu yanacaqdoldurma məntəqəsi franşiza əsasında, yəni SOCAR-ın brendindən istifadə barədə müqaviləyə əsasən fəaliyyət göstərib. Belə ki, məntəqənin özü SOCAR-a məxsus olmayıb. Franşiza sazişində qarşı tərəf olan sahibkar həmin müqavilənin dayandırılması ilə bağlı bildiriş verib”.
Qeyd edək ki, mətbuatda Bakı-Ələt–Astar magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranlarının və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına əsasən qanunsuz olduğu üçün sökülməsi barədə məlumat yayılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay