BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
8876

“Əmanətlərin sığortalanması haqqında” qanun hələlik yalnız fiziki şəxslərin əmanət və depozitlərini qorumağa imkan verir. 

Valyuta.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, 2021-ci il martın 3-dək bağlanan bankların əmanətçilərinə kompensasiya ödənişlərinin 93%-i təmin olunub. Başqa sözlə, ötən il lisenziyası ləğv olunan 4 bankda ("Amrahbank", "Atabank", "AGBank" , "NBCBank") vətəndaşlara məxsus əmanətlərin 627,4 milyon manatdan çoxu geri qaytarılıb. Xatırladaq ki, ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 milyon manat təşkil edir.  

Qeyd edək ki, kompensasiya ancaq fiziki şəxslərin əmanət və depozitlərinə tətbiq olunur. Hüquqi şəxslərin bank hesablardakı vəsaitlərinin sığorta olunmaması onları çətin vəziyyətə qoyub. Qanunvericiliyin tələbinə əsasən, həmin vəsaitlərin növbəlilik prinsipi ilə  qaytarılması nəzərdə tutulub. Lakin bunun üçün banklarda kifayət qədər aktivin olmaması məsələni qəlizləşdirir. 

Nəzərə alsaq ki, hüquqi şəxslər həm də aktiv vergi ödəyicilədir, bu zaman onların istifadə edə bilmədikləri vəsaitlərə görə vergi borclarının yaranması qaçılmazdır. Bu səbəbdən bəzi suallar yaranır. Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri geri ala bilmədikləri üçün onlar ümidsiz borc kimi tanına bilərmi? 

Valyuta.az-ın sualına iqtisadçı Anar Bayramov aydınlıq gətirib.

Onun sözlərinə görə, burada əsas məqam vergi ödəyicisinin bankda qalan vəsaitinin debitor borc olmamasıdır: 

“Hüquqi şəxsin bank hesabındakı vəsait borc deyil. Ümidsiz borc o zaman olur ki, həmin vəsait gəlir kimi tanınır. Misal üçün, mən sizdən mal almışam və onu gəlir kimi tanımısız. Mən həmin borcu ödəmirəmsə, o ümidsiz borc sayıla bilər. Amma bank hesabındakı vəsait sizin aktivinizdir. O səbəbdən də, vergi orqanlarının həmin vəsaitləri ümidsiz borc kimin tanıması o qədər də inandırıcı görünmür”.

Yeri gəlmişkən, suala Dövlət Vergi Xidmətindən də cavab verilib. Bildirilib ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir:

“Buna əsasən, sorğuda göstərilən halda vergi ödəyicisinin debitor borcu ilə əlaqədar olmayan bağlanmış banklarda olan və geri alına bilməyən aktivlərinin ümidsiz borc hesab edilərək gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmayıb”. 

Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Zeynəb Vəkil
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin