BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8873

Azərbaycanda qeyri-formal məşğulluğun müəyyən bir hissəsi kənd təsərrüfatının payına düşür. Beləki, kənd təsərrüfatı sahəsində mövsümi işlərə cəlb edilən insanlarla əmək müqavilələrinin bağlanmasında müəyyən problemlər var idi. Lakin Əmək Məcəlləsinə edilən son dəyişikliklər bu problemin aradan qaldırılmasına yönəlib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər kənd təsərrüfatında mövsümi müddətli əmək müqavilələri bağlamağı qadağan etmir:

"Belə ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun olaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür. Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümi işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək".

Deputat bildirib ki, məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər.

V.Bayramovun sözlərinə görə, dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir: "Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsini yolverilməz hesab etsə də bu, müddətli əmək müqavilələri bağlamağı qadağan etmir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Nazirlikdə keçirilən tədbirlərə 2 milyon 300 min manat pul xərclənib

Bu vulkanların ərazisinə giriş dayandırıldı

Yeni nəsil kassa aparatları ilə dövriyyə 6 milyard manatı ötüb

Mərkəzi Bank “Azərpoçt”u cərimələdi - 50 000 ödəyəcək

Bakıda iaşə dövriyyəsi 220 milyon manatı ötüb

Azərbaycanda startap və innovasiyalar üçün dəstək mexanizmləri özünü doğruldurmu?

Bakı şəhərində ticarət dövriyyəsinin həcmi neçə faiz artıb? - STATİSTİKA

SOCAR-ın törəməsinin adı dəyişdirildi, yeni rəhbər təyin edildi - FOTO

Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark - Ağsu Aqroparkı

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Sığorta daxilolmaları artıb - İşsizlikdə 14%-lik yüksəliş

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir?

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin