BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
8727

G20 ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri ilə mərkəzi banklarının rəhbərləri qurumun hazırkı sədri olan İtaliyanın ev sahibliyi ilə ilk yığıncağını keçirib.

Valyuta.az Vergilər.az-a istinadən xəbər verir ki, videokonfrans formatında keçirilmiş tədbirdə COVID-19-un yaratdığı səhiyyə və iqtisadi böhrandan mümkün qədər tez çıxmağın yolları müzakirə edilib. Yığıncaqdan sonra İtaliyanın iqtisadiyyat və maliyyə naziri Daniel Franko mətbuat konfransı keçirib.

G20 həmkarları ilə ilk toplantıda pandemiyadan sonra güclü və sağlam bərpa üçün qlobal iqtisadiyyat və siyasətlərə diqqət yönəldildiyini bildirən D.Franko: "Yaxşılaşma kövrək prosesdir. Qlobal çətinliklərə qarşı koordinasiyaya ehtiyac var", - deyib.

Toplantıda internet üzərindən xidmət göstərən iri rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi mövzusunun da müzakirə olunduğu qeyd edilib. D.Franko transmilli rəqəmsal şirkətlərin minimal səviyyədə vergiyə cəlb edilməsini nəzərdə tutan qlobal sazişin tərəfdarı olduqlarını, lakin bu məsələdə "şeytanın detallarda bəlli olacağını" ifadə edib.

ABŞ-ın rəqəmsal vergilərlə bağlı açılımının önəmli olduğuna diqqət yönəldən D.Franko deyib: "Rəqəmsal vergilərlə bağlı qlobal bir saziş üçün müddət 2021-ci ilin ortasına müəyyənləşdirilib. İyulda Venesiyada keçirəcəyimiz toplantıda bir saziş əldə ediləcəyi ümidindəyik. Bunun çox mühüm nəticələri olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

"Azercell" bütün internet paketlərinin QİYMƏTİNİ qaldırdı

"Amazon" "gələcəyin cihazları" üçün işə başladı

“Sumqayıt Bulvar” yenə Nigar Bağırovadan gül alır – Bu dəfə 145 min manatlıq

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı

Bu ölkə atdığınız hər addımı enerjiyə çevirir

Ali Məhkəmədən müflisləşmə ilə bağlı mühüm QƏRAR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı qalxacaq

Neftin 75, qazın 51 faizi Avropaya satılıb

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Onlar universitetə imtahansız qəbul olacaqlar - DİM çağırış etdi

“Meta”da süni intellekt bu işi insanların əlindən aldı

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Hazır startap satışa çıxarılıb - QİYMƏT

İstanbul - Naxçıvan aviareysi üzrə uçuşlara başlanıldı

“Yeni təkər bazarı” yanır

Onlayn, yoxsa ənənəvi mağaza - Hansı sərfəlidir?

"Bitcoin" və altcoinlərin qiyməti artıb

Türkiyə lirəsi və avro bahalaşıb, rubl ucuzlaşıb

Bildiyimiz sistemin bilmədiyimiz adı – Ekvayrinq nədir? - SƏHƏR OXUSU

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin