BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
8603

"Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq".

Valyuta.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezdenti İlham Əliyev, martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında səsləndirib. 

Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurətinin məhz bu səbəblərdən doğurduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq: "Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı". 

Prezident İlham Əliyev əlavə edib ki, bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır: "Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb".

"Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik" - Prezident vurğulayıb.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirlik "tender kralı"ndan 17 milyonluq mebel alır

Məşhur elektron ticarət platforması “Hepsiburada” Qazaxıstana satıldı

"Bu bina və evlərə elektrik enerjisi güzəştlə verilsin" - MM-də TƏKLİF

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Ərdoğanın maaşı açıqlandı

Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü®

Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Bu şəxslər 2500 manat cərimələnəcək

Azad olunan ərazilərdə torpaqlar bu şəkildə icarəyə veriləcək

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir

Heyvanlarla rəhmsiz davrananlar bu qədər cərimələnəcək

İcbari tibbi sığorta ilə apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Yeni komitə yaradılır

“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi

“London” taksilərinə 300 min manat ayrıldı - Buna ehtiyac var idi?

"Aztelekom"un rəhbəri dəyişdi

Bakıda avtobusların əks istiqamətdə hərəkəti üçün zolaqlar təşkil olunacaq

Bələdiyyələrin sayının yarıdan çox azaldılması təsdiqlənib

COP29 zolaqlarından istifadə edə biləcək nəqliyyat vasitələri açıqlandı

Sabaha olan hava proqnozu

Parolun başqaları ilə paylaşılmaması “Netflix”in abunəçi sayını ciddi azaldıb

London taksiləri üçün GPS alınır - Birinin qiyməti 700 manata yaxındır

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Rusiya MN dövlətə lazım olmayan aktivlərin satılmasında israr edir

COP29 müddətində məhdudiyyətlər olmayacaq? - RƏSMİ AÇIQLAMA

“GL Group” Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb

Vəzifəli şəxs yol qəzasında həlak oldu

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin