BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8522

Gəncə Alüminium zavodunun müflis olması haqda informasiyalar intensivləşib.

Xaricdəki aliminiüm idxalçılarından daxil olan məlumata görə, Gəncə Aliminiüm Zavodu partnyorları qarşısında öhdəliklərini yerinə yetirə bilmir.

Hal-hazırda bununla bağlı məhkəmə iddiaları qaldırılıb.

Xatırladaq ki, Gəncə Aliminiüm zavodu "DET-AL Alüminium” MMC-yə aiddir. Adıçəkilən şirkətin baş direktoru isə əslən Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev olub.

Bu yazıda Azərbaycan dövlətinin yüz milyonlar xərclədiyi aliminiüm biznesindən böyük məbləğdə pulların yoxa çıxması ilə Sərxan Babayevin Türkiyədə otellərə sahib olması arasındakı əlaqəni araşdırmağa çalışmışıq. Maraqlıdır ki, Sərxan Babayevin "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə "Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi üst-üstə düşür.

2016-ci ildən "Alva Donna” Şirkətlər Qrupununun səhmlərinin bir hissəsini Sərxan Babayevlə Seyran Həsənov alıblar. Bu iki şəxs Azərbaycanda kifayət qədər yüksək post tutan və ciddi təsir imkanlarına malik olan fiqurlardan birinin yaxın adamları hesab edilir.

Xatırladaq ki, "Det-Al” Aluminium Kompleksinin açılışı 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub və obyekt istifadəyə verilib. Rəsmi məlumata görə, müəssisədə 1400 nəfər işlə təmin edilib. Kompleksdə istehsal gücü 50 min ton olan iki zavod – "Metaltökmə, fasiləsiz metal yayma” və "Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərir.

Ancaq 2016-ci ildə ölkə mətbuatında "DET-AL Alüminium” Kompleksinin öz fəaliyyətini dayandırmasına dair xəbərlər yayılıb.

Lakin kompleksə nəzarət edən yuxarıda personası xatırladılan yüksək ranqlı  məmur "DET-AL Alüminium”un fəaliyyətini heç də tamamilə dayandırmadığını bildirib.

Sözügedən komplekslə bağlı daha bir mühüm detal bundan ibarətdir ki, "Det-Al Alüminium” zavodu Azərbaycan Beynəlxalq Bankının (ABB) kreditləri hesabına inşa edilib. Yəni, zavodun götürdüyü kreditlərə dövlət (Maliyyə Nazirliyi) zamin durub və kompleksin borcları dövlət hesabına ödənilib. ABB müflis elan edildikdən sonra həmin bankın maliyyələşdirdiyi müəssisələr heç bir əsas olmadan müxtəlif yollarla ABB-nin nəzarətindən çıxarılıb.

Sərxan Babayevin 2019-cu ildə qəflətən Türkiyədə peyda olaraq, "Alva Donna” Şirkətlər Qrupu İdarə Heyyətinin sədri təyin edilməsi isə onu göstərir ki, dövlət büdcəsindən "Det-Al Alüminium” zavoduna ayrılan vəsaitlər və kompleksin gəlirlərinin bir hissəsi "Alva Donna” Şirkətlər Qrupunun alınmasına xərclənib.

"Alva Donna” Şirkətlər Qrupunun əsas səhmdarı, əslində, həmin yüksək məmurdur. Maraqlı olan isə həm də budur ki, "Lotu Quli” kimi tanınan Nadir Səlifov da Türkiyənin Antalya şəhərində məhz bu oteldə sui-qəsd nəticəsində öldürülmüşdü.//sfera

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin