BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
8488

Tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağamusa Nağıyevin anım günüdür.

Valyuta.Az-ın məlumatına görə, Ağamusa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. Atası saman satmaqla məşğul olub. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edib. Atası vəfat edəndən sonra 300 manat borcu qalıb. Ruhdan düşməyən Musa 200 manat da borc götürüb kiçik bir dükan açıb. Beləliklə, 500 manat borcla müstəqil fəaliyyətə başlayan gənc iki ildən sonra borcunu qaytarır və parça alveriylə məşğul olub. 5 ildən sonra isə 2 000 manat qənaət toplayıb. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alıb. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayıb. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları onu da milyonçu edib. 1908-ci ildə onun şirkəti rekord miqdarda - 12 328 300 pud xam neft istehsal edib. Bu, Azərbaycanın neft şirkətləri arasında o zaman ən yüksək göstərici hesab olunub.

İsmayıl adlı oğlu vərəm xəstəliyindən öləndən sonra o, Bakıda indiki İstiqlaliyyət küçəsində tikdirdiyi binanı onun xatirəsinə "İsmailiyyə" adlandırıb. 1914-cü ilin maliyyə hesabatına görə, Ağamusa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox olduğu bildirilir.

O, Bakıda 100-ə yaxın müyxtəlif təyinatlı bina inşa etdirib. Həmin tikililərin bir qismi bu gün də Azərbaycan paytaxtına gözəllik verməklə yanaşı, elm, təhsil, sosial, mədəni təyinatlı obyektlər olaraq («İsmailyyə» binası - MEA-nın Rəyasət Heyəti, Mərkəzi Klinik Xəstəxana və s.) fəaliyyət göstərir.

Haqqında olan mif

Ağa Musa Nağıyev “Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin pulu ilə tikilmişdir.

O, birinci realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.

Ağa Musa Nağıyev 1919-cu ilin mart ayının 4-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin