BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8360

“Bank Respublika” 2020 –ci ilin son rübünə olan hesbatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 3 dəfədən çox azalıb.

Valyuta.az bankın hesbatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 1 il ərzində 378 milyon 944 min manat və ya 26.8% azalaraq 1 milyard 34 milyon min manata düşüb. Azalmanın səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 1 il ərzində 39 milyon 849 min manat azalmasıdır. Bankın cəmi öhdəliklərində də ciddi azalmalar müşahidə olunub. Belə ki, 2019-cu ilin son rübü ilə müqayisədə bankda yerləşdirilən depozitlərin həcmi 410 milyon 199 min manat və ya 37.2% azalaraq 689 milyon 626 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin 381 milyon 963 min manat və ya 28.6% azalaraq 953 milyon 146 min manata düşməsinə səbəb olub.

Depozit portfelinin azalması bankın korporativ müştərilərinin itirməsinin nəticəsində olub. Belə ki, hesabat görə “Bank Respublika”da hüquqi şəxslər 416 milyon 583 min manatlıq depozitni geri çəkib. Nəticədə bankda hüquqi şəxslərin depozitləri 52.5%-dən çox azalaraq 376 milyon 973 min manat düşüb. Buna baxmayaraq bankda fiziki şəxslərin depozitləri 6 milyon 385 min manat artaraq 312 milyon 653 min manata yüksəlib.

Qeyd edək ki, “Bank Respublika” 2020-ci ilin sonunda 20 milyon 892 min manat cəmi kapitala sahib olub.

Bankın faiz gəliri 72 milyon 967 min manat, faiz xərcləri isə 27 milyon 463 min manata bərabər olub. Bu da bankın xalis faiz gəlirinin 45 milyon 504 min manat olmasına səbəb olub. Qeyri-faiz gəlirləri 26 milyon 6 min manat, qeyri-faiz xərcləri isə 55 milyon 161 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 16 milyon 349 min manat olub. Bu isə 2019-cu ilin son rübü ilə müqayisədə 24 milyon 318 min manat və ya 59.8% azdır.

“Bank Respublika”nın xalis mənfəəti 14 milyon 402 min manat və ya 3 dəfədən çox azalaraq 6 milyon 21 min manata enib.

Bankın məcmu kapitalı 1 il ərzində 5 milyon 622 artaraq 83 milyon 893 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin