BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
8329

"Bir araşdırma çərçivəsində Azərbaycan banklarında biznes kreditləri ilə bağlı məlumat toplayırdım. Kreditlər 14-18arası təklif olunur, əlavə xərclər də var. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 6,25 faizdir, dünyanın hər yerində MB-lərin uçot dərəcəsi ilə kredit faizləri arasında birbaşa bağlılıq olur, ciddi korelyasiya görülür. Dünyanın heç yerində uçot dərəcəsi ilə biznes krediti arasında 3 dəfəyə yaxın fərq olmur, bu mümkün deyil".

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.


“Bir anlıq təsəvvür edin ki, mən kiçik (orta) sahibkaram, məsələn, çayçılıqla məşğul olmaq istəyirəm. Gedirəm Banka, mənə maksimum 3 illik 15 faizlə biznes krediti təklif olunur. Mən o krediti götürüb çay kolları əkməyə başlayıram, ilk məhsulu 6 ildən sonra götürəcəm, amma elə ilk 3 ildəcə götürdüyüm 50 min (məsələn) kreditin yarısı qədər kredit faizi ödəməliyəm, sonra isə yenə 3 illik kredit götürməliyəm ki, kollara qulluq edim, anbarlar hazırlayım, avadanlıqlar alım. Həmin bank mənə yenə 3 illik 15%-lə kredit verir, yenə 50 min götürməliyəm, ilk məhsulun alındığı ilə, yəni 6 ilin tamamına mən 100 min kredit, 100 minə yaxın da faiz qaytarmalıyam.

Belə biznes qurmaq isə mümkün deyil. Yəni 6 ilə kolların böyüməsi, məhsul verməsinə qədər 200 min ziyandayam, mən nə qədər qazanmalıyam ki, ziyanı da ödəyim, pul da qazanım?! Bu bir qırağa, 6 il kollar böyüyənə qədər mən o krediti, faizlərini necə qaytarmalıyam?!

Eyni yanaşma, amma fərqli müddətlər bağçılığa, heyvandarlığa, süd məhsulları istehsalına, balıq təsərrüfatlarına da aiddir”.

Ekspert vurğulayıb ki, korrupsiya, inhisarçılıq, məmur müdaxilələri ilə yanaşı, kredit faizləri də bizdə biznesi boğan, inkişaf etməyə imkan verməyən səbəbdir:

“2019-cu ildə bir tanışım Almaniyada işini böyütmək üçün Bankların birinə müraciət edərək biznes-plan təqdim etmişdi. Plana görə adam əlavə 10 iş yeri açmalı idi, Bank özü biznes-planı pulsuz təkmilləşdirir, ilk ili faizsiz, növbəti 2 ili isə hər ilə cəmi 1,5 faizlə kredit müqaviləsi təklif edir. 3 illik kredit, ortalama ilə 1 faizlə müqavilə bağlanılır. Keçən il pandemiyaya görə bank özü faizsiz müddəti daha 1 il (bu il üçün) uzadıb, qaytarılma müddətini isə 4 ilə qaldırıb, yəni 2 il faizsiz, 2 il kiçicik faizlə kredit müqaviləsi yenilənib və bu təklif bankın özündən gəlib.

Daha bir məsələ odur ki, Azərbaycanda bütün iqtisadi nəzəriyyələrin anasını ağladan Mərkəzi Bank və hökumət var: Nəzəriyyəyə görə hansısa ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 6,25%, biznes kreditlərinin faizi 15-18%, istehlak kreditlərinin faizi isə 20-30% arası olub da, rəsmi inflyasiya 3,3% ola bilməz! Bu mümkün deyil, deməli, ya statistika yanlışdır, ya da sistem eybəcər çalışır, ya da məmləkətdə hər iki problem var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin