Dünya
01.03.2021 / 12:43
Türkiyə iqtisadiyyatı ötən il böyüməyə davam edib
8288
2020-ci ildə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2019-cu illə müqayisədə 1,8% çox olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənın Statistika Təşkilatının (TÜİK) hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, ötən ilin IV rübündə ölkə iqtisadiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 5,9%, əvvəlki rüblə müqayisədə isə 1,7% böyüyüb.
2020-ci ildə Türkiyədə kənd təsərrüfatında 4,8%, sənayedə 2% artım qeydə alınıb, inşaat və xidmət sektorları isə müvafiq olaraq 3,5% və 4,3% kiçilib.
Ötən il Türkiyə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği əvvəlki ilə nisbətən 6,5% artıb.
Hesabat dövründə ölkədə ev təsərrüfatlarının xərcləri 3,2%, o cümlədən istehlak xərcləri 2,3% artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay