BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
8236

Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır.

Valyuta.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə İranın “Mehr” xəbər agentliyinin fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından hazırladığı xəbərdə əks olunub.

“Mehr” xəbər agentliyinin hazırladığı xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev konfrans zamanı Qarabağ müharibəsindən sonra İranla Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə İranın “Mehr” xəbər agentliyinin sualını cavablandırıb.

Tehran-Bakı əlaqələrinin perspektivləri və İranın Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakı və regionun stabilləşməsində, regionda yaşayan insanların rifahının təmin edilməsində iki ölkənin əməkdaşlığının əhəmiyyəti ilə bağlı suala cavab verən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-İran əməkdaşlığı çox yaxşı səviyyədədir:

“Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olub. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb”.

Prezident İlham Əliyev vurğulayıb ki, yeni vəziyyətlə əlaqədar çoxlu imkanlar var: “Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işğal səbəbindən bizim nəzarətimizdə deyildi. Bu gün isə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin