BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
8229

Bakıda illərdir tikinti şirkətlərinin fırıldaqları ayrı-ayrı cinayət işlərinin araşdırma mövzusudur. Qanunlar dəyişdirilib təkmilləşdirildikcə cinayətlər də ağlasığmaz xarakter alır.

Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində vətəndaş Natiq Ələsgərovun torpaq sahəsi ələ keçirilib. “Elçin” firmasının rəhbəri İbad Əliyev Mirzəağa Əliyev küçəsi 43 və 45 ünvanlarında çoxmərtəbəli bina inşa edib. Tikinti sahəsinin altına düşən torpaqda bir neçə vətəndaşın evləri və digər təyinatlı əmlakları olub. Tikinti aparılan dövrdə vətəndaşlara əmlaklarına görə kompensasiya ödəniləcəyi vəd olunub. Lakin illər ötüb, vətəndaşlar kompensasiyanı ala bilməyblər. İbad Əliyev kompensasiya əvəzinə vətəndaşlara vəd verib. İllərlə uzanan süründürməçilikdən bezən vətəndaşlar Yasamal rayon icra hakimiyyəti başçısı Elşad Həsənova müraciət ediblər. Onlara qarşı baş verən dələduzluğa son qoyulmasını və kompensasiya ödənilməsini istəyiblər. Bundan sonra İbad Əliyev Yasamal İcra Hakimiyyətinə dəvət olunub və vətəndaşların tələbləri diqqətinə çatdırılaraq təmin edilməsi şərti qarşısına qoyulub.

İcra Hakimiyyətində verdiyi vədi oradan uzaqlaşandan sonra İbad Əliyev “unudub”. İndi də deyir ki, “Memar-2" MTK-ya aidiyyəti yoxdur, sadəcə ”Elçin" firması ilə “Memar-2" MTK arasında M.A.Əliyev küçəsində bina inşa edilməsi, sakinlərin köçürülməsi və binanın tam təhvil verilməsi haqda müqavilə bağlanıb. Dediyinə görə, baxmayaraq ki, ”Elçin" firmasının təsisçisidir və direktorudur, firmanın əsl sahibi Azadxan Allahqulu oğlu Xanməmmədovdur. Şikayətçinin əlindəki sənədin saxta olduğunu iddia edir. Bununla yanaşı deyir ki, sənəd saxta da, doğru da olsa, vətəndaşla razılığa əvvəl-axır gələcəklər. Eyni zamanda, vətəndaşa kompensasiyanın Azadxan Xanməmmədov tərəfindən ödənməli olduğunu da bəyan edir.

İbad Əliyev bir tərəfdən bildirir ki, şikayətçinin çıxarışı saxtadır, sonra qəbul edir ki, Ələsgərova kompensasiya ödəniləcək, digər tərəfdən bildirir ki, “Memar-2" MTK-ya aidiyyəti yoxdur. Lakın rəsmi məhkəmə sənədlərində bildirir ki, ”Memar-2" MTK-nın təsisçisidir.

İbad Əliyevin Yasamalın icra başçısına yazdığı məktubda da məsuliyyəti üzərindən atmağa çalışır: 

“Yazıb sizə bildiririk ki, ”Memar-2" MTK ilə “Elçin” firması ilə arasında bağlanmış 2 may 2002-ci il tarixli kooperativ yaşayış binasının tikilməsi barədə podrat müqaviləsinə əsasən kooperativə ayrılmış sahədə sakinlərin köçürülməsi, ərazidə avtodayanacaqların tikilməsi, ümumi təyinatlı sahənin tamamlanması, hətta mənzillərin və qeyri-yaşayış sahələrinin satışı podratçıya həvalə edilməklə tərəfimizdən həyata keçirilib. “Elçin” firmasının təsisçi və direktoru olmağıma baxmayaraq, sözügedən ünvanda binanın tikintisinə, sakinlərin köçürülməsi, satışdan əldə edilən gəlir mənə məxsus olmayıb. Faktiki tikintinin sahibi və gəlir əldə edəni Azadxan Allahqulu oğlu Xanməmmədov olmuşdur.

Azadxan Xanməmmədova dəfələrlə etmiş olduğum müraciətlər nəticəsiz qalıb. Nəticədə şikayətçilər ilə aramızda narazılıq yaranmışdır. Həmçinin bildiririk ki, Azadxan Xanmammədov binanın qeyri-yaşayış sahəsini və həmin binada mənzili adına rəsmiləşdirdikdən binanın tamamlamamış, sakinlərin haqlı narazılıqllarına son qoyulması məqsədi ilə özüm məcburiyyət qarşısında qalıb borca girib 66 min 212 manat vəsait xərcləmişəm.

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında aparılan danışıqlar zamanı da müəyyən edilib ki, şikayətçilərin kompensasiyalarının ödənilməsi faktiki sahib və binanın tikintisi nəticəsində gəlir əldə elmiş olan Azadxan Xanməmmədov olub. Göstərilənlərə əsasən, sizdən xahiş edirik ki, yaranmış mübahisəyə son qoyulması məqsədi ilə Bakı şəhəri, M.A.Əliyev küçəsi 45 saylı ünvanda inşa edilmiş yaşayış binasının tikintisinin faktiki rəhbəri Azadxan Xanməmmədovun mənə və şikayətçiyə vurduğu ziyanın dəqiqləşdirilməsi, bizlərin hüquqlarının bərpa edilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət edəsiniz".

İbad Əliyevin başçıya göndərdiyi əlyazmalarda binanın tikintisi zamanı qeyri-rəsmi ödəmələrlə bağlı qeydlər əksini tapır. Həmin qeydlərlə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması zərurəti ortadadır. //Musavat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin