BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
8012

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Valyuta.Az  xəbər verir ki, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-ə qədər, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2.0-4.0 metrə, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.

Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin