BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
7826

Azərbaycanla Türkmənistan arasında yanvarın 21-də Aşqabadda  imzalanmış "Dostluq” neft yatağının birgə işlənməsinə dair anlaşma memorandumunun detalları məlum olub. Sənədə əsasən, yatağın karbohidrogen resursları tərəflər arasında 30 faiz Azərbaycana, 70 faiz Türkmənistana nisbətində bölüşdürüləcək.

Azərbaycan və Türkmənistan "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaq.

Qeyd edək ki, "Dostluq” adlandırılan yataq Xəzər dənizində Azərbaycanla Türkmənistanın sərhədində yerləşir. Əvvəllər Azərbaycan onu "Kəpəz”, Türkmənistan isə "Sərdar” adlandırıb. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe”, yəni "Aralıq” adlandırılıb.

SSRİ dağıldıqdan sonra yataqla bağlı iki ölkə arasında ciddi fikir ayrılığı yaranıb, bu, dövlətlərarası münasibətlərin kəskin soyuqlaşmasına səbəb olub. Belə ki, 1997-ci ildə Azərbaycan Rusiyanın "LUKoil” və "Rosneft” şirkətləri ilə yatağın işlənməsinə dair müqavilə imzalayıb. Türkmənistan tərəfinin etirazından sonra Rusiya şirkətləri müqaviləni ləğv ediblər. Ardınca Türkmənistan İranla birgə yatağın işlənməsinə cəhd edib, Azərbaycanın etirazı nəticəsində buna nail ola bilməyib.

1997-ci ildə yataqla bağlı mübahisələr başlayandan sonra 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Lakin qrupun fəaliyyəti tərəflər arasında razılaşmanın əldə olunmasına gətirib çıxarmayıb. Məsələ ilə bağlı dəfələrlə müzakirələr, danışıqlar aparılsa da, Türkmənistanın kompromisə meylli olmaması nəticəsində hər hansı ortaq nöqtəyə gəlmək mümkün olmayıb. Belə ki, Azərbaycan dəfələrlə yatağın birgə işlənməsini təklif etsə də, Aşqabad bunu qəbul etməyib. 2012-ci ildə isə Türkmənistan yatağın istismarı barədə Kanadanın "Buried Hill Energy” şirkəti ilə danışıqlara başlayıb.  Azərbaycan bununla bağlı həm Türkmənistana, həm də Kanadaya mövqeyini çatdırdıqdan sonra danışıqlar dayandırılıb.

Ölkələr arasında mübahisəyə Xəzər dənizinin dibinin və səthinin bölgüsü üzrə mövqe ayrılığı gətirib çıxarıb. Hər iki ölkə dənizin orta xətt prinsipi ilə bölünməsinə tərəfdar olsa da, Azərbaycan orta xəttin müəyyənləşdirilməsi zamanı beynəlxalq prinsiplərə uyğun olaraq, hesablamanın quru sahəsindən başlayaraq aparılmasını təklif edir. Bu zaman hesablama dənizin içərisinə doğru uzanan Abşeron yarımadasından başlayaraq aparılmalıdır. Türkmənistan isə hesablamanın dənizin başlanğıc və son nöqtəsi əsasında aparılmasını təklif edir. Hansı ki, bu zaman Türkmənistan sərhədi Abşeron yarımadasının bir neçə kilometrliyindən keçməlidir. Nəticədə, nəinki mübahisəli yataq, digər neft-qaz yataqları, o cümlədən "Azəri-Çıraq-Günəşli” yataqları da Türkmənistana məxsus olmalıdır. Elə bu prinsipdən çıxış edən Türkmənistan uzun müddət "Ömər” və "Osman” adlandırdığı bu yataqların işlənməsinə də qarşı çıxıb.

Onu da qeyd edək ki, yataqla bağlı müzakirələr bu illər ərzində mütəmadi olaraq davam etdirilib. Danışıqlar nəticəsində əldə olunan razılaşmanın müddəaları, xüsusilə hələ koordinatları dəqiqləşməyən yatağın ehtiyatlarının bölgü nisbəti suallar doğurur.

Əcəba, həmişə dörddə üç hissəsi Azərbaycan sektorunda yerləşdiyi deyilən yatağın ehtiyatları nədən 30:70 nisbətində bölünəcək? Azərbaycanın bölgüdə bu güzəşti nədən irəli gəlir?

Sualları cavablandıran enerji məsələləri üzrə ekspert, "Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, ölkələr arasında imzalanmış memoranduma qanun statusunun verilməsinə ehtiyac yox idi: "Mənə anlaşılmazdır ki, hüquqi baxımdan heç bir öhdəlik yaratmayan anlaşma memorandumu nədən qanun statusu alaraq Milli Məclisə çıxarılır? Hökumətlərin ilkin razılaşmasıdır bu. Konkret işlənmə müqaviləsi deyil axı? Belə çıxır ki, konkret müqavilə imzalanandan sonra bir də onu Milli Məclisə çıxaracaqlar? İkincisi, kommersiya müqaviləsi imzalanmayıb axı. Azərbaycanın neft tarixində biz ilk dəfədir ki, hasilatın pay bölgüsü sxemindən fərqli bir sxem görürük”.

Ekspertin fikrincə, ehtiyatların bölgü nisbətində Azərbaycanın Türkmənistana güzəşti hiss olunur: "Görünür ki, Azərbaycan Türkmənistanı razı salmaq üçün bu bölgüyə gedib. Bunun başqa cür izahı yoxdur. Xəzər dənizində yerləşən ehtiyatlarla bağlı Rusiya ilə Qazaxıstan arasında hökumətlərarası razılaşma var. Razılaşmaya əsasən əgər hər hansı bir yatağın 5 faizi belə digər ölkənin sektorunda olacaqsa, onda tərəflər həmin yatağın ehtiyatlarını 50:50 prinsipi ilə istismar edəcəklər. İndi Türkmənistandır də... Yəqin ki, bu bölgü Azərbaycan tərəfini qane edir: çünki bütün işlər Azərbaycanın infrastrukturunda aparılacaq, qazma, hasilat, quraşdırma, sualtı kəmərlərin çəkilişi və sair. Türkmənistanın bu imkanları yoxdur. Bütün bunlardan da Azərbaycanın gəlirləri olacaq”. //musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin