BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
7770

Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.

Mövcud vəziyyətdə qiymətləri tənzimləmək mümkün olacaqmı? Əgər mümkün olmazsa, təxminən nə qədər artım müşahidə oluna bilər?

İqtisadçı Qulu İbrahimli hesab edir ki, Azərbaycan hökumətinin atdığı bu addım qısa müddətli xarakter daşıyır: 

"Dünya üzrə ərzaq problemi çox kəskinləşib. Ekologiyanın korlanması, quraqlıq, əkin sahələrinin azalması, maya dəyərini yüksəlməsi, tələbin artması, bir tərəfdən də pandemiya qeyri-müəyyənliyi. Qıtlıq və bahalıq kimi dəhşətli böhranın astanasındayıq. Hökümətimizin müəyyən edəcəyi mexanizmlər müvəqqəti xarakterlidir. Köklü həll üsulu deyil. Bahalıq bir yana, dünyada qıtlıq problemi var. Rusiya kimi istehsalçı ölkə taxıl ixracına kvota qoyub. Ölkələr ehtiyat taxıl fondları üçün daha çox tədarükə başlayıb. Ərzaq buğdasına (una) münasibətdə yeganə çıxış yolumuz əkin sahələrini artırmaq, fermerləri dövlət subsidiyaları ilə həvəsləndirməkdir. Hökümətin belə məqamda ən təqdirəlayiq və nəticəyönümlü addımı erməni işğalı altındakı əkinə yararlı torpaqların azad olunması və ordakı şirin su ehtiyatlarımıza nəzarətin təmin olunmasıdır.  

Ekspert hesab edir ki, taxıl əkin sahələrini pambığa yönəltmək səhv idi:

"Pambığın ölkəyə əlavə valyuta qazandırması da çox aşağıdır. Onun əkilib becərilməsi, yığımı, emalı üçün toxum, gübrə, zəhərlər, bahalı texnika, avadanlıq və digər materiallar da idxal olunur, valyuta xərclənir. Taxıl isə həm də ölkənin qida təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. İndiyədək buğda ehtiyacının 60%-i öz istehsalımız, 40%-i isə idxal hesabına təmin olunub. İşğaldan azad olunan ərazilərimizi də nəzərə alsaq, taxıl əkinini düzgün optimallaşdırmaqla idxaldan və ərzaq buğdasının dünya bazarında qiymət artımından asılılığı azaltmaq olar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin