Xəbər
17.02.2021 / 11:58
Rəqabət Məcəlləsi ilin sonunadək qəbul oluna bilər
7713
Azərbaycanda rəqabətin təmin olunması məqsədilə Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir ki, məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq qanunvericilik prosesinə başlanılıb və layihə aidiyyəti qurumlara təqdim olunub: “Ümid edirik, cari ilin sonunadək Rəqabət Məcəlləsi qəbul olunacaq”. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay