BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
7614

Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb. 

Bu sözləri Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı deyib:

“Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafı üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir”.

Valyuta.Az xəbər verir ki, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq işlər sürətlə davam etdirilir.

İşğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən “Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerjisisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

Yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Ekologiya nazirliyinin bu qurumu qonaqların qəbuluna 151 min manat xərcləyəcək

Gömrük Komitəsi itlər üçün oyuncaq top alır - 223 minlik tender

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Komitə sədri “Sovetski”nin tamamilə sökülməsi məsələsinə münasibət bildirib

Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başladı

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Magistraturanın yekun nəticələri açıqlandı

Qlobal bazarlarda güclü bir marka qurmağın yolları - “Bizdən biri” hissi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin