Xüsusi nümayəndələr İcra Hakimiyyətindən nə ilə fərqlənəcək?
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Eləcə də bax: Parlament Prezidentin xüsusi nümayəndələri ilə bağlı layihəni - Təsdiqlədi
Qanuna 3 bəndin əlavə edilməsi təklif olunur:
- 11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;
- 11.1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;
- 11.1.4.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri.
Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli müvafiq dəyişikliyin xüsusi nümayəndələr institutunun fəaliyyətinə müsbət təsir edəcəyini vurğulayıb. O həmçinin xüsusi nümayəndələr institutu ilə yerli icra hakimiyyəti arasında səlahiyyətlərin necə olacağını da aydınlaşdırıb.
O qeyd edib ki, burada əslində heç bir narahatlıq yoxdur: “Cənab Prezidentin fərmanında xüsusi nümayəndələrin işğaldan azad olunmuş ərazilərdə yaradılması nəzərdə tutulur. Əsasnamə hazırlanarkən yerli icra hakimiyyətinin əsasnaməsinə də diqqət edilib. Demək olar ki, kəsişən nöqtələr azdır. Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə yerli icra qurumlarının səlahiyyətindədir”. //Qafqazinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay