"Türkiyə ilə Azərbaycan arasında sərbəst ticarət sazişi imzalanmalıdır"
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi təxminən 4,5 mlrd. ABŞ dolları təşkil edir ki, bu göstəricinin 15 mlrd. dollara çatdırılması hədəfə alınıb.
"Anadolu" agentliyi xəbər verir ki, bunu Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) sədri, Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat deyib.
"Qarşıda qoyulan hədəfə çatdıqdan sonra mümkün azalmaların qarşısını almaq məqsədilə ölkələr arasında sərbəst ticarət sazişi imzalanmalıdır", - dəy S. Akat bildirib.
Gələcək dövrdə prioritet planlardan söz açan S. Akat onu da bildirib ki, bura Qarabağa investisiya yatırımı da daxildir. Naxçıvandan Azərbaycana keçid dəhlizinin işə salınması qarşıdakı dövrdə nəqliyyat qiymətlərində azalmalara səbəb olacaq.
Şura başçısı bildirib ki, iqtisadi əlaqələri yaxşılaşdırmaq üçün DEİK rəhbərliyinin iştirakı ilə hər həftə onlayn görüşün keçirilməsi nəzərdə tutulur. //APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay