BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
7297

“Petkim və STAR NEZ-in inteqrasiyası reallaşdırıla bilər”.

Bu barədə “Bloomberg HT”yə müsahibəsində SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodunun (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov məlumat verib.

O, 2021-ci ildə neft-kimya sənayesindəki gözləntilər və investisiya planları barədə danışıb. Onun sözlərinə görə, Petkim və STAR Neft Emalı Zavodunun inteqrasiyası 2-3 il ərzində həyata keçirilə bilər.

A.Məmmədov əlavə edib ki, Petkim Türkiyədəki neft-kimya sənayesi üzrə təlabatın 18 faizini qarşılayır və bu ehtiyacın tamamilə qarşılanması üçün beş ədəd daha Petkim kimi şirkətə ehtiyac var. Baş direktor qeyd edib ki, STAR NEZ dizel bazarında Türkiyəki təlabatı qarşılamaq üçün yeni investisiyaları dəstəkləyir.

Xatırladaq ki, STAR Neft Emalı Zavodunun illik dizayn istehsal gücü 10 milyon tondur. Zavodda ötən il ərzində 10,3 milyon xam neft və 300 min ton təbii qazdan istifadə etməklə böyük həcmdə dizel yanacağı (4,8 milyon ton), aviasiya yanacağı (1,6 milyon ton), LPG (0,3 milyon ton), nafta (1,5 milyon ton), neft koksu (0,7 milyon ton), kükürd (0,2 milyon ton) olmaqla cəmi 10,1 milyon ton məhsul hasil edilib.

Həmçinin, “Petkim Petrokimya Holdinq”inin hazırda 21 təsisi var. Onlardan 15-i əsas istehsalat vahidi, 6-sı köməkçi qurğulardan ibarətdir. Müəssisə illik 3 milyon 600 min ton məhsul istehsal edir. Satışa çıxarılan məhsulların həcmi isə 2 milyon ton səviyyəsindədir. Müəssisə 2 əsas xammaldan istifadə etməklə (nafya və LPG) 50-dən çox məhsul istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Ekologiya nazirliyinin bu qurumu qonaqların qəbuluna 151 min manat xərcləyəcək

Gömrük Komitəsi itlər üçün oyuncaq top alır - 223 minlik tender

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Komitə sədri “Sovetski”nin tamamilə sökülməsi məsələsinə münasibət bildirib

Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başladı

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Magistraturanın yekun nəticələri açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin