BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
7230

Əkrəm Həsənov: "Real vəziyyət belədir ki, eyni işlərə fərqli baxılır. Nəticələr məhkəmələrin özlərinə məlum olan subyektiv meyarlardan asılı olaraq dəyişir".

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” layihəsi təsdiqlənib. “Milli Prioritetlər”də göstərilib ki, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır.

Artıq bir neçə ildir ki, Azərbaycanda məhkəmə-hüquq islahatları ümumi islahatların əsas tərkib hissəsi kimi təqdim edilir. Xüsusən də, biznes mühitində rəqabətin təmin edilməsi, şəffaflığa kölgə salan halların aradan qaldırılması üçün məhkəmə-hüquq islahatlarının davam etidirilməsi hökumətin gündəliyində prioritet olaraq qalır. Sputnik Azərbaycan məhkəmə-hüquq islahatlarının effektivliyinin təmin edilməsi ilə bağlı hüquqşünasların fikirlərini öyrənib.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyib ki, dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biri məhkəmə sistemindəki şəffaflıqla bağlıdır. Onun sözlərinə görə, investisiya qoyuluşu həyata keçirmək istəyən ciddi biznes strukturları ilk növbədə məhkəmə sistemindəki şəffaflıqla maraqlanırlar: “Bu istiqamətdə Azərbaycanda işlər görülür. Misal olaraq deyə bilərəm ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq Azərbaycanda bir çox məhkəmə islahatları həyata keçirildi, kommersiya məhkəmələri yaradıldı. Başqa bir məsələ isə arbitraj məhkəmələrinin yaradılması ilə bağlıdır. Mübahisəli məsələlərə arbitraj məhkəmlərində baxılması ilə bağlı qanun layihəsi hazırlanır. Hesab edirəm ki, planlaşdırılan bu addımlar dayanıqlı iqtisadi inkişafın reallaşdırılmasına töhfə verə bilər. İslahatların arıdıcıl olaraq həyata keçirilməsi ölkəmizi sərmayə qoyuluşu üçün cəlbediciliyini artıracaq”.

"Ədalət mühakiməsinin bir çox alətləri var və onların kompleks şəkildə mövcudluğu vacib məsələdir. İstənilən sahibkarlıq subyekti bu alətlərə müraciət edə bilməlidir. Mübahisəli məsələlərin sürətli həlli üçün institutların yaradılması işləri hazırda davam etdirilir. Bu isə bütövlükdə məhkəmə sistemində şəffaflığın artırılmasına, inam və etimadın güclənməsinə gətirib çıxaracaq”, - deyə Ə.Nuriyev qeyd edib.

“Məhkəmələrin səmərəli və ədalətli fəaliyyəti iqtisadi inkişafı təmin edən bir nömrəli faktordur”, – bu fikri hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas bildirir ki, sahbikarlıq fəaliyyəti ilə məşğul olan şəxs əminlik hissinə malik olmalıdır: “Yəni, onların əmlak toxunulmazlığı hüquqları təmin ediləcək, hansısa iqtisadi fəaliyyət üçün bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər yerinə yetiriləcək və kimsə onlarla qeyri-sağlam rəqabət aparmayacaq. Bu kimi hallarla üzləşdikdə isə məhkəmə onları obyektiv şəkildə mühakimə edəcək. Hamımız bilirik ki, bu, məsələnin problemli nöqtəsidir. Bundan dolayı da ölkəmizə sərmayə qoyuluşu etmək istəyənlərin sayı çox deyil”.

Əkrəm Həsənovun sözlərinə görə, problemlərin həlli yolları mövcuddur: “Məhkəmlərin qərarları dərc edilməlidir və həmin qərarların axtarış sistemi olmalıdır. Bu ona görə lazımdır ki, məhkəmələr eyni cür proseslərə eyni yanaşmanı sərgiləsinlər. Bunlar sahibkarlarda da əminlik hissini yaradır. Real vəziyyət isə belədir ki, eyni işlərə fərqli baxılır. Nəticələr məhkəmələrin özlərinə məlum olan subyektiv meyarlardan asılı olaraq dəyişir. Bu isə Konstitusiyamızda təsbit edilmiş bərabərlik hüququnun pozulmasıdır. Məhkəmə hüquq islahatların əsas elementlərindən biri də hakimlərin tam müstəqilliyinin təmin edilməsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Milli Məclisin deputatları tətilə çıxır

Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?

Nazirliyin çağrı mərkəzi süni intellektlə idarə olunacaq

Azərbaycanda yeni qanun layihəsi hazırlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin