BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
7181

Bu gün Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə "Parameks Az Constraksen” MMC arasında satınalma müqaviləsi bağlanıb. 

Cari təmir işləri üçün 74 min 958 manat 71 qəpik məbləğində imzalanan müqavilədə satınalmalar haqqında qanunvericilik kobud şəkildə pozulub.

27.08.2020 tarixində yaradılan "Parameks Az Constraksen” MMC-nin sözügedən tenderdə qalib gəlməsi şübhəlidir. Belə ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 

Qeyd edək ki, dekabrın 15-də Xaçmaz Regional Mədəniyyət İdarəsinin keçirdiyi iki tenderdə sözugedən şirkət qalib gəlmişdi: Odun tədarükünə görə 60 min manat, cari təmir işləri üçün 74 min 958 manat 71 qəpik. Həmin vaxt məsələ ilə bağlı mediada kifayət qədər məlumat yazılsa da, müsabiqə ləğv olunmadı və bu gün isə artıq şirkətlə satınalma müqaviləsi bağlanıb. 

Maraqlı məqamlardan biri də idarənin ötən ilin dekabrın 15-də keçirilən başqa bir tenderdə qalib elan olunan "Rofland TC Grup” MMC (111 min 998 manat məbləğində olan dəftərxana və təsərrüfat mallarının satınalmasını ) ilə bağlıdır. "Parameks AZ Constraksen” MMC və "Rofland TC Grup” MMC 27.08.2020-ci il tarixində "Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınıblar. Hər iki MMC-nin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.

Şübhəli məqamlardan biri də odur ki, avqust ayında "Parameks AZ Constraksen” MMC və "Rofland TC Grup” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi "Parameks AZ Constraksen” MMC-nin qanuni təmsilçisi ilə eyni şəxs olub. Belə ki, "Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur. Həmin ünvanda qeydiyatda olan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu eyni zamanda 5 şirkətin rəhbəri olub. //qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin