
Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş etdi - YENİLƏNİB
Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
Valyuta.az xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
***
10:00
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay