
“turbo.az”ın sahibi Qazaxıstan Futbol Federasiyasında yüksək vəzifəyə seçildi
Bu gün Qazaxıstan Futbol Federasiyasının (KFF) növbədənkənar konfransı keçirilib.
Valyuta.az xəbər verir ki, toplantının əsas məqsədi federasiyanın təşkilati strukturunda dəyişiklikləri müzakirə etmək və nizamnamə qaydalarını yenidən nəzərdən keçirmək olub.
Konfransda federasiya nizamnaməsinin tələblərini pozduqları üçün icraiyyə komitəsinin altı üzvü vaxtından əvvəl vəzifəsindən azad edilib. KFF icraiyyə komitəsinin üzvlüyündən azad olunan şəxslərdən biri milyarder iş adamı Vladimir Sidelkovski də olub. Sidelkovski “Forbes”in 75 ən zəngin iş adamı siyahısında 66-cı yeri tutur.
Toplantında icraiyyə komitəsinin üzvlüyündən azad olunan şəxslərin yerinə yeni üzvlər seçilib. Yeni üzvlərdən biri “Kaspi.kz” şirkətinin təsisçisi, milyarder iş adamı Mixail Lomtadze olub.
Lomtadze “Forbes”in Qazaxıstan üzrə 50 ən nüfuzlu iş adamı siyahısında 6-cı yerdə qərarlaşıb.
Onu da bildirək ki, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadze Gürcüstan vətəndaşıdır. 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay