BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
71085

Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat başlanır.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qeydiyyat 26 maydan 8 iyun tarixinədək aparılacaq.

İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.

Aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.

4 mayda keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 29 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.

Məlumat üçün bildirək ki, qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak üçün 50 manat ödəniş tələb olunur.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də baş tutub. I və IV qruplar üzrə isə imtahan iyunun 1-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bağlanmış bankların əmanətçilərinə nə qədər vəsait qaytarılıb?

Yapon şirkəti Çin qərarından sonra məşhur modelin istehsalını dayandırdı

Kəmaləddin Heydərov əmr imzaladı

Mərkəzi Bank yeni binanın pulunu bir ilə çıxarıb

Mərkəzi Bank: Bank sektorunun müddətli xarici borcu 23%-dən çox artıb

Nazir ona vəzifə verdi - FOTO

“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb

“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb

Lisey və gimnaziyalara imtahan vaxtı açıqlandı

İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı

Qlobal şirkətdə iş istəyənlər üçün QIZIL QAYDALAR

Türkiyəli iş adamının Azərbaycanda yaratdığı 34 milyonluq aviaşirkət bağlanır

Bu yolda hərəkət istiqaməti dəyişdirilir

"JPMorgan"dan kriptovalyuta ilə bağlı qərar

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?

Azərbaycan nefti ucuzlaşıb

“Azsığorta”da yeni təyinat

Hərəyə 10 manat qoyub başlamışdılar - 16 yaşda qurulan biznesin hekayəsi

İran Azərbaycana 9 manatdan pivə satıb

Şəhərin mərkəzdəki "Residence the Private Room" obyekti satışdadır - QİYMƏT

Tramp 12 ölkəyə girişi qadağan etdi

Avro bahalaşdı - Günün məzənnəsi

Rəqəmsal bazar geriləyərkən, "Ethereum" dəyərlənir

Böyümək dəyər yaratmağın yeganə yolu deyil - Şirkətlər başqa hansı yollarla dəyərlənir? - SƏHƏR OXUSU

Böyümək dəyər yaratmağın yeganə yolu deyil - Şirkətlər başqa hansı yollarla dəyərlənir? - SƏHƏR OXUSU

"Intel" yeni tərəfdaşlıqla yaddaş bazarına qayıdır

Səhiyyə Nazirliyinin bu qurumunun 100 minlik borcu var

Bu universitetdə yarım milyonluq laboratoriya qurulacaq

Psixoloji qiymət siyasəti nədir?

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin