
Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi
Gürcüstanın ən böyük banklarından biri olan "Bank of Georgia" Rusiya vətəndaşlığı olan müştərilərinə 300 dollar və ya avrodan çox qiymətə dəbdəbəli mağazalarda alış-veriş etməyi məhdudlaşdırıb.
Valyuta.az xəbər verir ki, bu barədə RBC öz "Telegram" kanalında yazıb.
Maliyyə qurumunun nümayəndəsinin bildirdiyinə görə, bu, tənzimləyicinin tələbidir və sadəcə bankın təşəbbüsü deyil.
Qeyd olunur ki, belə bir məhdudiyyət Rusiya Federasiyasına göstərilən məbləğdən baha olan dəbdəbəli malların tədarükünü qadağan edən sanksiyalar səbəbindən tətbiq edilib.
Üstəlik, "Bank of Georgia" kartlarına məhdudiyyətlər təkcə Gürcüstanda deyil, bütün dünyada tətbiq olunacaq.
RBC qeyd edib ki, bu, böyük presedentdir, çünki 2022-ci ildən bəri ilk dəfə lüks mallara qarşı sanksiyaların tətbiqinə bank nəzarət edəcək.
2022-ci ilin mart ayında ABŞ-dan sonra Avropa İttifaqı Rusiyaya qiyməti bir ədədi 300 avrodan çox olan lüks malların tədarükünə embarqo elan etdi. Həmin ilin dekabr ayında Fransanın "Radiofrance" radiostansiyası Qərbin Rusiyaya dəbdəbəli malların tədarükünə qadağa qoymasına baxmayaraq, Rusiya mağazalarında hələ də çoxlu dəbdəbəli malların olduğunu bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay