
Daha az məhsulla daha çox satış etmək olarmı?
“Apple” daha az məhsulla daha çox pul qazanmağın yolunu tapdı.
Valyuta.az xəbər verir ki, 1997-ci ildə “Apple” bunu bacardı. İflasın son nöqtəsinə gələn “Apple” Steve Jobsı təkrar CEO-luk kreslosuna oturtdu. Steve Jobs gələr-gəlməz əvvəlcə məhsul çeşidindəki milyonlarla dollar xərclənən 11 məhsulu zibilə atdı. Və dedi ki, sadəcə 4 çeşidli məhsul satılacaq. Sonra şirkət 1,4 milyard dollar zərərdən 309 milyon dollar mənfəətə keçdi. Hal-hazırda isə dünyanın ən dəyərli şirkətlərindən biridir.
Burada vacib nüans var. Məsələ daha az seçimə fokuslanmaqdır. Çünki insan beyni 100 illərdir çox sadə psixologiyada çalışır. Seçim artanda qərarsızlıq başlayır, hərəkətə keçmək gecikir. Steve Jobs bunu bilirdi. Ona görə də məhsul sayını azaltdı, müştərilərinin qərar verməsini sürətləndirdi və satışlar partladı.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay