
Milli Depozit Mərkəzi ilk dəfə olaraq səhmlər üzrə dividend ödənişlərini həyata keçirib
Milli Depozit Mərkəzi ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada "ABB"-nin 2024-cü il üzrə dividend ödənişlərini həyata keçirib.
Valyuta.az xəbər verir ki, ödənişlər 6 may 2025-ci il tarixində tərtib olunmuş qiymətli kağız mülkiyyətçilərinin reyestrinə əsasən reallaşdırılıb.
Beləliklə, "ABB"-nin səhmdarlarına malik olduqları səhm sayına uyğun olaraq dividend köçürülüb.
Bu çərçivədə səhmdarlara ümumilikdə 200 milyon manat məbləğində dividend ödənilib. Səhmlərin nəzarət zərfinin dövlətə məxsus olması səbəbindən bu məbləğin 184 milyon manatı dövlət büdcəsinə yönəlib. Qalan hissə isə 30 mindən çox fərdi və institusional səhmdar arasında bölüşdürülüb.
Mərkəzləşdirilmiş dividend ödəniş mexanizmi səhmdarların hüquq və maraqlarının qorunması, habelə ödəniş proseslərinin şəffaf və səmərəli təşkili baxımından mühüm addım kimi qiymətləndirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay