BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70850

Dünyanın müxtəlif yerlərindən oğurlanmış "Apple" smartfonlarının böyük bir hissəsi sonda Çində yerləşən tək bir binaya çatdırılır. 

Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" qəzetinin araşdırmasında deyilir.

Jurnalistlər bu məkanı "oğurlanmış "iPhone"ların dünya evi" adlandırıblar.

Bu qeyri-rəsmi ad ilk baxışda diqqət çəkməyən və Şençjen şəhərinin Xuaçyanbey rayonunda yerləşən "Feiyang Times" adlı bir göydələnə aiddir. FT-nın məlumatına görə, bu bina "Apple" məhsullarının qeyri-qanuni yollarla qlobal dövriyyəsinin əsas habı (mərkəzi) sayılır.

Qəzet məsələyə nümunə kimi Londonlu sahibkar Sem Amraninin hekayəsini təqdim edir. Onun "iPhone 15 Pro" modeli elektrik velosipedindəki iki oğru tərəfindən əllərindən qapılıb. "Apple" şirkətinin "Find My" izləmə funksiyası vasitəsilə Amrani telefonunun 10 min kilometrdən artıq bir məsafəni çox qısa vaxtda qət etdiyini izləyə bilib. Qurğu əvvəlcə Londonda qeyri-qanuni fəaliyyət göstərən bir neçə mobil telefon təmir emalatxanasında olub, daha sonra isə Honq Konq vasitəsilə sürətlə Şençjenə konkret olaraq "Feiyang Times" binasına çatdırılıb.

Bu bina artıq uzun müddətdir ki, "iPhone" modellərinin təmiri ilə məşhur olsa da, "Financial Times" onu həm də oğurlanmış cihazların əsas bazarı kimi təqdim edir. Binanın dördüncü mərtəbəsi xüsusilə Avropa və ABŞ-dan gətirilmiş ikinci əl "iPhone"ların satışı ilə məşğuldur. Bu cihazların bir hissəsi tam qanuni şəkildə satışa çıxarılır – məsələn, istifadəçilər tərəfindən yeni model alarkən geri qaytarılmış qurğular. Amma eyni zamanda bu bina, sosial şəbəkələrdə oğurlanmış elektronikanın alqı-satqısı ilə məşğul olan müxtəlif icmaların görüş yeri kimi də tanınır.

Oğurlanmış smartfonlar, bloklanmış olsalar belə, "təmiz" cihazlar qədər dəyərli olmasalar da, onların komponentləri üçün alıcılar həmişə tapılır.

"Financial Times"ın məlumatına əsasən, təkcə Londonda oğurlanmış smartfonların qeyri-rəsmi bazar dövriyyəsi ildə təxminən 65,5 milyon dollar təşkil edir.

Mənbə: Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin