
Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib
«Bakı Pambıq Əyirmə” Açıq Səhmdar Cəmiyyəti cərimələnib.
Valyuta.az-ın məlumatına görə, ASC barəsində Mərkəzi Bank tərəfindən İnizbati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsi) maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə, «Bakı Pambıq Əyirmə” ASC 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, İXM-nin 548.2-ci maddəsinə əsasən, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə olunur.
Sabiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay