
21.05.2025 / 18:41
Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb
70846
Ləğv prosesində olan “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xüsusilə külli miqdarda vergi borcu var.
Valyuta.az xəbər verir ki, ASC-nin vergi borcu hazırda 1 270 483,99 manat təşkil edir.
"Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.
Şirkətin faktiki sahibi iş adamı Nuru Əliyevdir.
“Rəvan Sığorta” ASC 2020-ci ildə sığorta fəaliyyəti ilə əlaqədar lisenziyasının ləğv edilməsi üçün Mərkəzi Banka müraciət edib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay