BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
70817

"Google" dünyada 1,8 milyard "Gmail" istifadəçisini hədəf alan yeni və təhlükəli bir fişinq (oltalama) hücumu barədə xəbərdarlıq yayıb. 

Valyuta.az xəbər verir ki, əgər sizə "no-reply@accounts.google.com" ünvanından gəlmiş kimi görünən rəsmi tərzli bir e-poçt çatıbsa, dərhal silin və heç bir halda içindəki keçidə daxil olmayın.

Ən təhlükəli məqam bu mesajın "Google" tərəfindən göndərilmiş kimi görünməsidir. "Daily Mail"in xəbərinə görə, e-poçtda "Google"ın təhlükəsizlik orqanları tərəfindən çağırıldığınız və hesabınızdakı bütün məlumatları təqdim etməyinizin tələb olunduğu yazılır. Hətta sizi guya "hüquqi prosedur"la bağlı məlumat əldə edəcəyiniz saxta bir "Google Dəstək" səhifəsinə yönləndirən keçid də yerləşdirilib.

"Google" rəsmiləri bu mesajların tamamilə saxta olduğunu və istifadəçilərin şəxsi məlumatlarını oğurlamaq məqsədi daşıdığını açıqlayıb.

Tələyə düşsəniz nə baş verir?

E-poçtdakı keçidə kliklədikdə və ya sənədləri yüklədikdə:

* Hesabınıza giriş icazəsi dələduzlara keçir
* E-poçtlarınız və "Google Drive" sənədləriniz oxuna bilir
* Kompüterinizə zərərli proqramlar yüklənə bilər
* Bank və şifrə məlumatlarınız oğurlana bilər
* Hətta cihazınız uzaqdan kilidlənə bilər

Hücum necə həyata keçirilir?

Keçmiş "Google" və "Ethereum" mühəndisi Nik Consonun izahına görə, hücum "OAuth" üzərindən baş tutur:

1. "Google"a çox bənzəyən saxta domen və tətbiq yaradılır
2. Bu tətbiq, gerçək "Google" bildirişi kimi görünən e-poçt göndərir
3. Keçid sizi sites.google.com üzərində yerləşən saxta bir dəstək səhifəsinə aparır
4. "Google" giriş ekranını təqlid edən bu səhifəyə istifadəçi məlumatlarını daxil etdikdə, dələduzlar tətbiqə giriş icazəsi əldə edir
5. Nəticədə e-poçtlarınız, sənədləriniz və digər şəxsi məlumatlarınız görünə bilər

Saxta e-poçt necə tanınır?

"Kaspersky" kimi kibertəhlükəsizlik şirkətlərinin mütəxəssislərinə görə, diqqət yetirməli olduğunuz nüanslar:

* "Göndərən" və "mailed-by" hissələrini yoxlayın. Saxta ünvanlar belə görünə bilər:
me@googl-mail-smtp-out-198-142-125-38-prod.net
* "Me" ifadəsi ilə başlayan bu ünvanlar, daxil olan qutuda "me" kimi görünərək sizi çaşdıra bilər
* E-poçtun məzmunu çox vaxt hüquqi təhdid ehtiva edir və sizi təcili tədbir görməyə məcbur edir

Təhlükəsiz qalmaq üçün nə etməli?

* E-poçtdakı keçidlərə klikləməyin
* Sənədləri yükləməyin, tətbiqlərə icazə verməyin
* Həmişə support.google.com ünvanını birbaşa brauzerə yazaraq rəsmi səhifəyə daxil olun
* Güclü antivirus proqramı istifadə edin və bu tip hücumları avtomatik aşkarlayın

"Google"dan yeni təhlükəsizlik tövsiyəsi: "geçid açarı"

"Google" yalnız bu hücuma qarşı deyil, gələcək fişinq risklərinə qarşı da şifrə əvəzinə "keçid açarı" (passkey) istifadəsini tövsiyə edir. Bu sistem barmaq izi, üz tanıma və ya PIN vasitəsilə işləyən kriptografik cihaz-aid açarlardan istifadə edir.

"Microsoft" və digər texnologiya nəhəngləri də bu üsulun ənənəvi şifrə və SMS təsdiqləməsindən daha təhlükəsiz olduğunu bildirirlər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin