BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
70811

Son zamanlar “A-frame” tipli evlərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu cür tikililərlə bağlı diqqətçəkən məsələlərdən biri də onlara çıxarışın (kupçanın) verilməsi ilə bağlıdır. Bəs görəsən, “A-frame” evlərə “kupça” verilir?

Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, hər hansı bir əmlaka çıxarışı yalnız onun yerdə bünövrəsi və müəyyən bir yerdən hündürlüyü olduğu halda almaq mümkündür:

“”A-frame” tipli evlər arasında həm daşınan, həm də daşınmaz olanları var. Daşınanlar adətən konteyner və ya yüngül konstruksiyalı evlərdir. Belə evlər əvvəlcədən hazırlanıb istənilən yerə yerləşdirilə bilir və daha sonra başqa əraziyə köçürülür. Bu cür evlər yerə sabit bərkidilmədiyindən onlara çıxarış verilmir. Lakin bəzi “A-frame” evlər var ki, onlar bünövrə üzərində inşa olunur. Əgər evin bünövrəsi beton, daş və ya armaturla hazırlanıbsa və ev həmin bünövrə üzərində qurulubsa, istər taxtadan, istər dəmirdən və ya digər materialdan tikilsin, bu artıq daşınmaz əmlak sayılır. Belə tikililər sabit olduqları üçün onlara çıxarış verilməsi mümkündür”.

E.Fərzəliyev qeyd edib ki, ənənəvi “A-frame” evlər taxtadan hazırlanır, amma hazırda Azərbaycanda, xüsusilə də bölgələrdə bu evlərin xarici görünüşü taxtadan olsa da, əksəriyyəti daş və betondan tikilir:

“Bu isə həmin ərazilərin iqlim və coğrafi xüsusiyyətlərinə uyğun olaraq edilir. Soyuq iqlimli və seysmik zonalarda yüngül konstruksiyalarla ev tikmək mümkün olmadığından, daha dayanıqlı materiallardan istifadə olunur. İqlimi sabit olan ərazilərdə isə yüngül tikililərə üstünlük verilə bilir. Daşınan “A-frame” evlərə çıxarış verilmir. Daşınmaz, yəni bünövrə üzərində olanlara isə çıxarış almaq mümkündür. Bunun üçün əvvəlcə tikilinin yerləşdiyi torpağın çıxarışı olmalıdır. Daha sonra həmin ərazidə tikiləcək evin layihəsi hazırlanmalıdır. Bu layihə lisenziyalı memarlıq şirkəti tərəfindən çəkilir və “bir pəncərə” sistemi vasitəsilə aidiyyəti qurumlara təqdim olunur. Layihə təsdiqləndikdən sonra tikintiyə rəsmi icazə verilir və həmin evə çıxarış almaq mümkün olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin