
İdarəçisi olmayan şirkəti nələr gözləyir? - EKSPERT
Bəzi bizneslər var ki, artıq oturuşublar. Bu bizneslərin bəzilərində təsisçi işə gəlmir, hətta bəzi kiçik şirkətlərdə əlavə xərcdən yayınmaq üçün idarəçi də qoyulmur. İşçilər özləri işləri həll etməyə çalışır. Lakin belə vəziyyətlərdə işçilər narahatlıq keçirir. Təsisçi gündəlik proseslərdə iştirak etmirsə, idarəedici şəxs yoxdursa, bu cür durumlar şirkətin gələcəyinə necə təsir edir?
Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov deyir ki, idarəçi amilini heç bir halda kənara qoymaq olmaz: “Təsisçi ya özü idarə etməli, ya da başqa idarəçi təyin etməlidir. Əks halda nəinki işçilərin motivasiyasına, şirkətin ümumi effektivliyinə, müqəddəratına ciddi təsir göstərəcək. Şirkət idarəetmədə problemlərlə üz-üzə qalacaq”.
Sahibkarlar öz bizneslərinə emosional yanaşa bilirlər
A.Bayromov həmçinin qeyd etdi ki, sahibkar yanaşması ilə, idarəçi yanaşması fərqlidir: “Sahibkar idarəçi kimi yanaşmalı, özü idarə edəndə “idarəçi papağı”nda olmalıdır. Peşəkar olmağı bacarmalı və eyni zamanda emosionallığı kənara qoymalıdır. Şirkətin idarəsi zamanı rasional yanaşmalı, “şirkət mənimdir” düşüncəsi ilə qərar verməməlidir. Bəzi sahibkarlar sözlə deməsə də, hərəkətləri ilə bu düşüncəni hiss etdirirlər. Yəni, sadəcə idarəetmə, şirkətin başında durmaqla yanaşı, düzgün idarəetmə və yanaşma da önəmlidir”.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay