BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70756

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, Global StartupBlink qurumu 2025-ci il üçün növbəti hesabatını açıqlayıb.

Reytinqə əsasən, startap ekosistemin inkişafı sahəsində Azərbaycan 6 pillə irəliləyərək 100 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 47 pillə irəliləyib. Bakı şəhəri həm də Mərkəzi Asiyada ən yüksək artım tempi göstərib - e- commerce, edtech sahələrdə startapların inkişafına görə öndədir.

O.Gündüzün sözlərinə görə, ötən il əvvəlki illə müqayisədə Azərbaycan cəmi 4 pillə irəliləmişdi. Reytinqi tərtib edənlər sektorda ötən ildə 24.5% dinamika olduğunu qeyd ediblər.

Mütəxəssis xatırladıb ki, 2021-ci ildə ölkəmiz bu reytinqdə 19 pillə geriləmişdi.

Azərbaycanda son 6 ildə dinamika belə olub:

2020-ci il - 70-ci yer
2021-ci il - 19 pillə geriləyib, 89-cu yer
2022-ci il - 4 pillə irəliləyib, 85 -ci yer
2023-cü il - 1 pillə irəliləyib , 84-cü yer
2024 -cü il - 4 pillə irəliləyib, 80-ci yer
2025-ci il - 6 pillə irərliləyib 74-cü yer

O.Gündüz nəzərə çatdırıb ki, uzun illər StartupBlink qurumu ilə Azərbaycan tərəfdən ASAN partnyorluq edib. Lakin bu il açıqlanan məlumatdan görünür ki, artıq StratupBlink şirkətinin Azərbaycan üzrə partnyoru RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir:

“Yəni bu o deməkdir ki, ölkə üzrə ekosistem məlumatlarını bu şirkətə İRİA təqdim edəcək. Güman ki, bu il məlumatlar birgə təqdim edilib. Şübhəsiz ki, ötən il sektora cavabdeh olan İRİA, KOBİA və ASAN tərəfindən müəyyən addımlar atılıb. Xüsusən də, İRİA tərəfindən bəzi əhəmiyyətli addımlar daha çox gözə çarpıb. Bakıda Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb, bəzi bölgələrdə də bu istiqamətdə addımlar atılır. Qanunvericiliklə bağlı, xüsusən də İRİA üçün ekosistemin inkişafına yönəlik maliyyə vəsaitlərindən istifadə ilə bağlı Qaydalar Prezident tərəfindən təsdiqlənib. SABAH.HUB-ın aktivliyi də diqqət cəlb edib. Startap şəhadətnaməsi alan subyektlərin sayı da xeyli artıb. Amma görünən odur ki, ciddi problemlər qalmaqdadır. Xüsusən də investisiya əlçatanlığı, ilkin inkişaf dövrü keçirən startaplara dəstək, vençur qanunvericiliyin qəbul edilməməsi, universitetlərdə startap və innovasiyaların inkişafına dəstək və s. istiqamətlərdə problemlər var.

Düşünürəm ki daha böyük resurslara sahib olan, ekosistemin əsas cavabdeh qurumu olan İRİA əvvəllər olduğu kimi bəsit tədbirlərə və səmərəsiz xarici səfərlərə deyil, real və fayda verən işlərə fokuslanmalıdır.

StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.

Beləliklə, Azərbaycanın reytinqdə 6 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin