
24.05.2025 / 20:37
Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan
70703
2025-ci ilin ilk rübündə Azərbaycana 7046 ədəd arı idxal olunub
Valyuta.az xəbər verir ki, bu idxal üçün ümumilikdə 117,69 min ABŞ dolları məbləğində vəsait sərf olunub.
Məlumata əsasən, arılar İsrail və Türkiyədən idxal edilib.
Statistikaya görə, İsraildən 312 ədəd arı gətirilib və bunun üçün 7,87 min ABŞ dolları xərclənib. Bu ölkədən gətirilən bir arının orta qiyməti 25,22 dollar və ya 42 manat 87 qəpik təşkil edib.
Türkiyədən isə 6734 ədəd arı gətirilib və 109,83 min ABŞ dolları ödənilib. Hesablamalara əsasən, Türkiyədən gətirilən bir arının dəyəri 16,31 dollar və ya 27 manat 73 qəpik olub.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay