
Dünyanın ən bahalı şorbası - 10 000 dollar
Çin mətbəxində xüsusi yer tutan və dəyəri ilə diqqət çəkən bu şorbanın bir kasası 10.000 dollara başa gəlir.
Bəs bu qədər bahalı olmasının səbəbi nədir?
Valyuta.az xəbər verir ki, sözügedən şorba mağaralarda yaşayan qaranquşların yuvalarından hazırlanır.
Bu quşlar yuvalarını tikərkən tüpürcəklərindən istifadə edirlər və məhz həmin yuvalar şorbanın əsas inqrediyentidir. Toplanan yuvalar əvvəlcə diqqətlə təmizlənir və bir gecə suda saxlanılır. Bişirmə mərhələsi olduqca həssasdır – əgər şorba artıq bişirilərsə, tərkibindəki yuva parçaları saqqız kimi bərkidiyindən yeməyin dadı tamamilə korlanır.
Hazırlığın son mərhələsində isə şorbanın üzərinə az miqdarda şəkər əlavə olunur. Bu incə detallarla hazırlanan və böyük zəhmət tələb edən şorba sonda süfrəyə təqdim edilir və onun dəyəri 10.000 dollar olaraq qiymətləndirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay