BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70625

Yunanıstan hökuməti Afinadakı Akropolis abidəsi üzərində baş tutan və "Adidas" brendinin reklamını ehtiva edən dron şousuna görə məhkəmə iddiası qaldırıb.

Valyuta.az xəbər verir ki, görüntülərdə UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Akropolis üzərində "Adidas" loqosu və "Feel Fast" (özünü sürətli hiss et) şüarı ilə dron şousu nümayiş olunub.

Şou zamanı dronlar brendə məxsus idman ayaqqabısı formasını alıb.

Yunanıstanın mədəniyyət naziri Lina Mendoni bildirib ki, bu aksiya Mədəniyyət Nazirliyinin icazəsi olmadan həyata keçirilib və kommersiya məqsədilə qədim abidənin qanunsuz istifadəsidir. Nazir vurğulayıb ki, hadisə milli qanunlara ziddir və məsul şəxslər barəsində məhkəmə iddiası qaldırılıb.

Sosial mediada bir çox Afina sakini baş verənlərə etiraz edib və "Adidas"ın boykot edilməsinə çağırışlar səsləndirilib.

"Adidas" isə məsələ ilə bağlı açıqlamasında bütün icazələrin alındığını və Akropolis görüntüsündən reklam məqsədilə istifadə olunmadığını bildirib. Hazırda Mədəniyyət Nazirliyi hadisənin detallı araşdırmasını aparır.

Qeyd edək ki, bir neçə həftə əvvəl Yunanıstan hökuməti rejissor Yorqos Lantimosun Akropolisdə film çəkmək istəyi ilə bağlı müraciətinə mənfi cavab vermişdi.

Daha ətraflı "The Guardian" saytının videogörüntüsündə:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin