
17.05.2025 / 17:02
Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ
70615
Ədalət Partiyasının IX qurultayı keçirilib.
Valyuta.az xəbər verir ki, qurultayda Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.
Xatırladaq ki, M.Rəhimli bu ilin aprelində Ədalət Partiyasından kənarlaşdırılmışdı. Həmin dönəm sədr müavini olan Rəhimlinin partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığı iddia olunmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay