
Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu
Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın bağlanmasının səbəbi məlum olub.
Valyuta.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat verib.
Məlumatda qeyd olunub ki, tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədilə adıçəkilən məktəbin liseyə çevrilməsi planlaşdırılır:
"Bildiririk ki, dəyişiklik nəticəsində təhsilalanların təhsilalma hüququ tam təmin ediləcək, pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək".
Xatırladaq ki, 2024-ci ildən bağlanan internat tipli gimnaziyanın liseyə çevriləcəyi ilə bağlı məlumat yayılandan sonra məktəbin müəllim və valideyn kollektivi aksiya keçiriblər.
Onlar bildiriblər ki, internatda valideynlərini itirmiş və tək valideynli uşaqlar imtiyazlı təhsil alırdılar. Lakin liseydə onlar bu imtiyazlardan faydalana bilməyəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay