
16.05.2025 / 15:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
70561
17 may saat 10:00-dan 18 may saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə "Valyuta.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay