
16.05.2025 / 11:00
“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinə yeni sədr təyin olundu
70537
“Yapı Kredi Bank Azərbaycan” QSC-də yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Mete Şamil Öztürk bankın İdarə Heyətinin Sədri, Baş Direktor vəzifəsinə təyin olunub. Bu təyinatına qədər o, İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərib.
Qeyd edək ki, Mete Şamil Öztürk bakalavr təhsilini Anadolu Universitetində alıb. 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik edib, 2016-2022-ci illər ərzində isə Bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionlarının Kommersiya Bankçılığı üzrə regional müdiri olub.
Rumi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay