
Son 5 ildə ictimai iaşə dövriyyəsi 588,9 milyon manat artıb - CƏDVƏL
Son 5 il ərzində (2021–2025 yanvar-aprel) ictimai iaşə dövriyyəsi ümumilikdə 3,7 və ya 558,9 milyon manat artıb.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 764 023,5 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 149 milyon 542,4 min manat və ya 24,3% artım deməkdir.
Statistikaya nəzər salsaq, ümumiyyətlə son illərdə ictimai iaşə dövriyyəsində əhəmiyyətli dərəcədə artım olub.
Ötən il ictimai iaşə dövriyyəsi 614 milyon 481,1 min manat təşkil edib. 2023-cü ildə isə bu göstərici 569 milyon 235,1 min manat olub. Qeyd olunan illər üzrə ictimai iaşə dövriyyəsi 8% və ya 45 milyon 246 min manat dəyərində artıb.
2022-ci ildə isə ictimai iaşə dövriyyəsi 389 milyon 257 min manat olub. 2021-ci ildə bu rəqəmin 205 milyon 167,9 min manat olduğunu nəzərə alsaq, qeyd olunan illər üzrə illik hesabatda ictimai iaşə dövriyyəsi 184 milyon 089,1 min manat artıb 89,7% artıb.
Qeyd edək ki, 2020-ci ildə ictimai iaşə dövriyyəsi 304 milyon 198,6 min manat təşkil edib. Lakin 2021-ci ildə bu göstərici 205 milyon 167,9 min manata enərək, 99 milyon manat və ya 32,50% azalıb.
2025-ci ilin yanvar-aprel ayları üzrə ictimai iaşə dövriyyəsinin 5 illik dinamikası (min manatla) cədvəldə qeyd olunub.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay